Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi elan olunub

Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsini elan edir.
Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.
Layihə sənədlərinin qəbulu 15 fevral-31 mart tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

Ardını oxu...

Məktəbdənkənar təhsil müəssisələri tərəfindən şagirdlərin qış tətili səmərəli təşkil olunacaq

Yanvarın 27-dən ümumtəhsil məktəblərində məktəblilərin qış tətili başlayır. Belə ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində 27-31 yanvar tarixlərində 5 gün qış tətili müəyyən edilib. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. Qeyd edək ki, qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk dərslərə 1 fevral 2023-cü il tarixidən başlanılacaq.

Ardını oxu...

Ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri üçün STEAM təhsili üzrə növbəti interaktiv dərs keçrilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış illik qrafikə uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil edilib.
Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzindən keçirilən interaktiv dərs “Lego təhsil dəstlərinin tədrisdə istifadəsi və şagirdlərin inkişafına təsiri” mövzusuna həsr olunub.

Ardını oxu...

Ümumtəhsil məktəblərində “Zəfər tariximiz” və “Şəhidlər unudulmur” adlı guşələr yaradılacaq

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin rəhbərliyi ilə qəhrəman və rəşadətli ordumuz Ermənistanın yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı qəsbkardan azad etmək məqsədi ilə 2020-ci il sentyabrın 27-dən başladığı və 44 gün ərzində həyata keçirdiyi Zəfər yürüşündə möhtəşəm tarixi qələbə qazandı. Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqına böyük qələbə sevinci bəxş etdilər.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tariximizin ən parlaq səhifəsindən olan bu tarixi qələbəni, qəhrəman ordumuzun zəfər yolunu və  Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan qəhrəman oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə muxtar respublikanın ümumtəhsil məktəblərində “Zəfər tariximiz” və “Şəhidlər unudulmur” adlı  guşələrinin yaradılması nəzərdə tutulub.

Ardını oxu...

“20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda interaktiv dərs keçirilib

20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır. Bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda keçirilən interaktiv dərsdə səsləndirilib.
Bildirilib ki, yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirmişlər. Vurğulanıb ki, 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə də erməni silahlı dəstələrinin hücumları başlanıb və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılıb, ilk şəhidlər verilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg