Yanvarın 18-də Bəhruz Kəngərlinin anadan olmasının 131-ci ildönümü münasibəti ilə “Görkəmli rəssamın sənət dünyası” mövzusunda ümumtəhsil məktəbləri ilə Bəhruz Kəngərlinin Ev Muzeyi arasında interaktiv dərs keçirilib. İnteraktiv dərsi muzeyin bələdçisi Zümrüd Əhmədova aparıb. Dərsdə qeyd edilib ki, Naxçıvan torpağı Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir.
Ardını oxu...
|
Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində realist rəssam, rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 131 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq Mərkəzinin “Rəsm” dərnəyinin üzvləri iştirak edib. Müsabiqənin təşkilində məqsəd yeniyetmə və gənclərə Bəhruz Kəngərlinin milli təsviri incəsənətimizin inkişafı və zənginləşdirilməsi yolunda göstərdiyi xidmətləri təbliğ etməkdən ibarət olub.
Ardını oxu... 
Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan şahmatçılarının oyunlarının təhlili”, “Orta məktəblərdə yarışların keçirilmə qaydaları” və “Siciliya müdafiəsinə aid oyunların təhlili” mövzularında növbəti interaktiv dərs keçirilib. İlk iki dərs beynəlxalq dərəcəli hakim Emin Hacıyev, sonuncu dərs isə beynəlxalq usta Urfan Sevdimalıyev tərəfindən keçirilib. Ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvan şahmatçılarının oyunlarının təhlili” mövzusunda keçirilən interaktiv dərsdə məktəbin şagirdlərinin respublika yarışlarında oynadıqları oyunlar haqqında məlumat verilib, oyunlar təhlil olunub. Şagirdləri maraqlandıran vəziyyətlər izah olunub.
Ardını oxu...
Yanvarın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunan “Gənc müəllimlərin inkişaf marafonu” layihəsinin açılış tədbiri keçirilib. Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü liseydə keçirilən tədbirdə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova bildirib ki, gənc müəllimlərin fəallığını, peşəkar və fərdi inkişaflarını artırmaq məqsədilə yaradılan birlik bu gün öz sıralarında 1500-ə yaxın gənci birləşdirir.
“Gənc müəllimlərin inkişaf marafonu” layihəsinin əhəmiyyətinə də toxunan Gülxanım Orucova qeyd edib ki, marafonun keçirilməsində məqsəd Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi məqsədilə ümumi təhsilin keyfiyyət göstəricilərinin artırılması və gənc müəllimlərin peşəkarlıq, səriştəlilik səviyyəsinin yüksəldilməsidir.
Ardını oxu... Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dərsliklərin təkmilləşdirilməsi istiqamətində VIII və XI siniflər üzrə Coğrafiya dərsliklərinin müzakirəsi keçirilib. Heydər Əliyev adına tam orta məktəbdə keçirilən müzakirədə ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri, muxtar respublikanın ali təhsil ocaqlarının professor və müəllim heyəti, bu ixtisas üzrə təhsil alan tələbələr iştirak edib. Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov bildirib ki, dərsliklərimiz istər məzmun, istər üslub, istərsə də dizayn baxımından ilbəil təkmilləşir.
Ardını oxu... |
|