“Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi keçirilib

Dekabrın 11-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilərin “Dram” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilib.
Dram müsabiqəsi Azərbaycan və dünya xalqlarının şifahi xalq ədəbiyyatının, klassik və müasir ədəbiyyatın təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

Ardını oxu...

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib

Yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış ediblər.

Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub.

Ardını oxu...

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

13 yanvar saat 17:00-dan etibarən 2022-2023-cü tədris ilinin I yarımili üzrə  şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu ilin avqustun 15-dən www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Ordubad şəhər tam orta internat məktəbində uşaqlara bayram sovqatı çatdırılıb

“31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad şəhər tam orta internat məktəbində tədbir keçirilmişdir.

Çay süfrəsi ətrafında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Vüsal Süleymanlı çıxış etmişdir.

Ardını oxu...

Məktəblilərin “Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” keçirilib

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilərin “Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” keçirilib. Müsabiqə məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcı qabiliyyətlərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilir.

Müsabiqədə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirmişdir ki, Azərbaycanda dekorativ-tətbiqi sənət qədim tarixə malikdir. Muxtar respublikamızda da bu sənətin dulusçuluq, ağac və şüşə məmulatlar istehsalı, daş, ağac və kəc üzərində oyma, bədii metal işləmə, bədii parça və tikmələr, toxuculuq, xalçaçılıq, zərgərlik və digər sahələri inkişaf etməyə başlamışdır. Bədii yaradıcılığa meyilli olan istedadlı şagirdlərin, həvəskar gənclərin üzə çıxarılması, onlara metodiki tövsiyələrin verilməsi, axtarışlarının və fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi yönündə bir sıra tədbirlər həyata keçirilir. Təsviri və dekorativ-tətbiqi sənətin inkişafı sahəsində keçirilən sərgi və müsabiqələr bu sahələrin inkişafı baxımından mühüm rol oynayır. Heyran Əhmədova qeyd etmişdir ki, 3 mərhələdə keçirilən müsabiqənin I mərhələsi olan məktəbdaxili seçim 17-21 oktyabr tarixlərində baş tutub. Bu mərhələdə 187 məktəb üzrə 654 şagird 1383 rəsm və əl işi ilə, 21-30 noyabr tarixlərində keçirilən şəhər/rayon mərhələsində 134 məktəb üzrə 296 şagird 880 rəsm və əl işi ilə iştirak edib. Bu gün keçirilən muxtar respublika mərhələsində isə 120 şagirdin müxtəlif - rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və s. mövzularda 200-ə yaxın əl işi nümayiş olunur.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg