“3 Dekabr Beynəlxalq Əlillər Günü” münasibətilə kurs və sərgi təşkil olunub

Ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının artırılması, istedadlarının üzə çıxarılması məqsədilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 3 Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı Bijuteriya üzrə kurs və sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub.

Ardını oxu...

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.

Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binası istifadəyə verilib

Noyabrın 29-da Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış ediblər.
Kitabxananın əməkdaşı Xədicə Hüseynova yaradılan şəraitə görə kitabxanaçılar və oxucular adından dövlətimizə minnətdarlıq edib.

Ardını oxu...

Məktəblilər arasında “3D bacarıqlar-Mexatronika” müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə noyabrın 28-də Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə “3D bacarıqlar-Mexatronika” müsabiqəsi keçirilib.
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin 3D çap texnologiyasından istifadə bacarıqlarının artırılmasını təmin etmək məqsədilə məktəblilər arasında STEAM üzrə “3D bacarıqlar-Mexatronika” müsabiqəsi keçirilib. Bir mərhələdə təşkil olunan müsabiqədə şəhər və rayon məktəblərinin VI-XI sinifləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak etmişdir.

Ardını oxu...

Sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.
Dövlət Proqramının icrası istiqamətində növbəti tədbir noyabrın 26-da keçirilmişdir. Sosial qayğıya ehtiyac olan məktəblilər qış geyimi ilə təmin edilmişdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg