Şagirdlər arasında bilik yarışı keçirilib

 

27 dekabr 2019-cu il tarixdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni il bayramı ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin komandaları arasında bilik yarışı keçirildi. Yarışın keçirilməsi üçün Rayon Təhsil Şöbəsi tərəfindən əsasnamə hazırlanmış bilik yarışı həmin əsasnaməyə uyğun keçirilmişdir. Yarışın keçirilməsində məqsəd şagirdlərə vahid ideya ətrafında birləşməyi aşılamaqdan tariximizlə bağlı müəyyən hadisələri öyrənməkdən ibarətdir.

Ardını oxu...

Şagirdlər “Tariximiz keçmişimizdir” mövzusunda mühazirə dinləyiblər

27 dekabr 2019-cu il tarixində  Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı  ilə  Sədərək rayon Tarix Diyarşünaslıq  Muzeyində açıq dərs keçirilmişdir. Sədərək kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Vüqar Zamanov  və  VII sinif şagirdlərinə  “Tariximiz  keçmişimizdir” mövzusunda açıq dərs tədris etmişdir.

Keçirilən dərslə bağlı  müəllim şagirdlərə bildirmişdir ki, bu gün biz Sədərək rayonunda yerləşən tarix diyarşünaslıq müzeyində açıq dərs tədris edirik və bu bizim üçün əlverişli imkanlar yaradır ki, biz dərsimizi məhs burada yerləşən tarixi eksponadlarla  izah edirik deyə vurğlamışdır.

Ardını oxu...

"31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni il bayramı ilə əlaqədar şahmat yarışı keçirilmişdir

26 dekabr 2019-cu il tarixdə Sədərək rayon Təhsil şöbəsinin, Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə ilk olaraq rayonda yerləşən Tarix Diyarşünaslıq Muzeynə şagird və müəllimlərlə birgə baxış keçirilmiş şagirdləri maraqlandıran sulara muzeyin bələdçisi İsmayıl Tağıyev  cavablandırlmışdır.  Daha sonra  Rayon Uşaq Gənclər Şahmat  Məktəbində "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni il bayramı ilə əlaqədar rayon ümumtəhsil məktəbləri arasında şahmat yarışı keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Xalça Muzeyində növbəti açıq dərs keçirilmişdir

25 dekabr 2019-cu il tarixdə  Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Qızlar Liseyi və Naxçıvan şəhər 4, 5, 6 və 7 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə “Xalqımızın qədim ənənəsi-Xalçaçılıq” mövzusunda 5 nömrəli tam orta məktəbin tarix müəllimi Hacıyeva Səadət açıq dərs  keçmişdir.


Ardını oxu...

“Oxunması zəruri olan kitablar”a dair viktorinalar davam edir

Təhsil Nazirliyi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də noyabr ayında start verilən “Oxunması zəruri olan kitablar”a dair viktorinalardır. Cek Londonun “Həyat eşqi” hekayəsi, Cəlil Məmmədquluzadə­nin “Hekayələr”i, “Kitabi-Dədə Qorqud” dastanı və Teodor Drayzerin “Dahi” romanına həsr edilmiş ikinci viktorinanın dekabrın 26-da final mərhələsi keçirilmişdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg