Kəngərli Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin Şahtaxtinskilər Muzeyinə və Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil olunub

Şagirdlərdə fəallığı artırmaq, onların maraqlarını müəyyənləşdirmək məqsədilə 13 dekabr 2019-cu il tarixdə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin Şahtaxtinskilər Muzeyinə və Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil olunub. Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 40 dərnək üzvü iştirak edib.


Ardını oxu...

Hüseyn İbrahimovun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib


Sədərək rayon Qaraağac kənd tam orta məktəbində Sədərək rayonTəhsil şöbəsinin təşkilatçılığlı ilə  13 dekabr  2019-cu il tarixində "Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi " ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Sədərək rayon Təhsil şöbəsinin metodkabinə müdiri  Bulud Bağırlı və məktəbin Azərbaycan-dili və Ədəbiyyat müəllimi Nadir  Qasımov    xalq yazıçısı Hüseyin İbrahimovun həyatı yaradıcılığı və əsərləri haqqında geniş məlumat verərək qeyd etdilər  ki,  Hüseyn İbrahimov 1919-cu il mayın 23-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra o, Naxçıvan Pedaqoji Texnikumunda oxumuşdur. Hüseyn İbrahimov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə onun jurnalistika şöbəsini bitirmişdir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş “Dahi İnsan” adlı tədbir keçirilmişdi


Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə  Ümummilli lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş  “Dahi İnsan” adlı tədbir keçirilmişdir. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan 12 nömrəli tam orta məktəbin tarix müəllimi Əntiqə Həsənova çıxışında ulu öndər Heydər Əliyevin 1990-1993-cü illər tarixə Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü kimi düşməsini bu tarixlərdə Naxçıvan Muxtar Respublikasının  olduqca çətin bir dövr yaşamasını şagirdlərin diqqətinə çatdırmışdır.

Ardını oxu...

Dahi şəxsiyyətin adının və ideyalarının yaşadıldığı ünvan

Bu gün ölkəmizdə ulu öndərimiz Heydər Əliyevin adını daşıyan ünvanlar hər bir azərbaycanlı üçün ən müqəddəs yerlərdir. Bütün mənalı həyatı və fəaliyyəti boyu canından artıq sevdiyi Azərbaycanın çiçəklənməsi, güclü dövlətə çevrilməsi üçün çalışan və ideyalarını gerçəkləşdirən görkəmli dövlət xadiminin parlaq obrazı hər birimiz üçün daimi və əbədidir. Doğulub boya-başa çatdığı, ölkəmiz üçün taleyüklü qərarlar qəbul etdiyi Naxçıvanda da dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirildiyi ünvanlar az deyil. Onlardan biri də Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdir.

Ardını oxu...

Hüseyn İbrahimovun 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Naxçıvan şəhər C.Naxçıvanski adına 11 nömrəli tam orta məktəbdə xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlahə Fərəcova qeyd etmişdir ki, Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcıllıq üslubuna malik simalardandır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg