Naxçıvanda şagirdlər üçün təşkil olunan təlimlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim təşkil edilib.

Təlimdə 50-dən çox məktəbli iştirak edib. Məktəblilərə təlimin mahiyyəti, məktəbli büdcəsinin səmərəli istifadəsi, qənaət, maliyyə məqsədlərinin düzgün qoyulması barədə məlumat verilib.

Təlimin interaktiv hissəsində şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb və məktəblilərin təqdimatı dinlənilib. Bu mərhələdə 3 komanda iştirak edib. Fəallıq göstərən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.

Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə “Göbələklərin müxtəlifliyi” mövzusunda açıq dərs keçirilmişdir

17 dekabr 2019-cu il tarixdə 1 nömrəli  tam orta məktəbin biologiya müəllimi Həsənova Təbibə Ramazan qızı VII sinif şagirdlərinə “Göbələklərin müxtəlifliyi” mövzusunda açıq dərs keçmişdir.

Dərs müasir təlim üsulları əsasında təşkil olunmuşdur. Tapşırıqlar fərdi, kiçik qruplarla və kollektivlə iş təlim formaları əsasında yerinə yetirilmişdir. Açıq dərs zamanı əyani vəsaitlərdən istifadə olunmuşdur. Həmçinin şagirdlər  laboratoriya avadanlıqlarından istifadə edərək, kif göbələyinin quruluşunu əyani şəkildə öyrənmiş və mikroskopda gördüklərini kağız üzərinə köçürmüşlər. Sonda şagirdlər sərbəst olaraq kif, maya və parazit göbələklərin müxtəlifliyini tam şəkildə izah etmişdirlər.

Dərs zamanı fəal təlimin bütün mərhələləri icra olunmuşdur.

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında şahmat birinciliyi keçirilmişdir

Naxçıvan Şahmat Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında şahmat birinciliyinə start verilmişdir. İki gün davam edən şəxsi birincilik 17 dekabr 2019-cu il tarixdə yekunlaşmışdır. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkil etdiyi yarışda Naxçıvan ümumtəhsil məktəblərinin III-IV sinif şagirdləri arasında keçirilən birincilikdə 17 tam orta məktəbin hər birində 3 oğlan olmaqla ümumilikdə 51 şagird iştirak etmişdir.

Ardını oxu...

“Azərbaycanda kimya elminin inkişafında Yusif Məmmədəliyev dövrü” mövzusunda tədbir-sərgi keçirilmişdir

Naxçıvan şəhər Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbdə “Azərbaycanda kimya elminin inkişafında Yusif Məmmədəliyev dövrü” mövzusunda tədbir-sərgi  keçirilmişdir. Tədbirdə kimya müəllimi Sevinc Səfərova ilk olaraq, Y.Məmmədəliyevin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. VIII sinif şagirdləri Arif Camalbəyovun Y.Məmmədəliyevin həyatı haqqında, Kamal Qasımovun isə akademikin uğurları haqqında hazırladıqları təqdimatlar izlənilmişdir. Tədbirdə həmçinin akademikin elmi fəaliyyəti və uğurları haqqında məruzələr, görkəmli şəxsiyyətlərin Y.Məmmədəliyev haqqında dedikləri kəlamlar dinlənilmişdir.

Ardını oxu...

Sədərək rayonunda rəsm müsabiqəsi keçirilmişdir

17 dekabr 2019-cu il tarixində Sədərək rayon Təhsil şöbəsinin, Uşaq Gənclər  Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Heydərabad qəsəbə tam orta məktəbində “31 dekabr Dünaya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı”  münasibətilə məktəbin V-XI sinif  şagirdləri arasında  rəsm müsabiqəsi keçirilmişdir. Tədbirdə çıxış edən Sədərək rayon Təhsil şöbəsinin əmkdaşı Arzuman Abdullazadə və Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Arif  Həmzəyev çıxış edərək bildirmişlər ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg