Sədərək rayon ümumtəhsil məktəblərində Şahmat yarışları keçirilmişdi

Sədərək rayon Təhsil şöbəsi və Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə  Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin 02 dekabr 2019-cu il tarixli, müvafiq əmri ilə təsdiq olunmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq  tədbirlər planına əsasən Sədərək rayon ümumtəhsil məktəblərində Şahmat yarışları keçirilmişdir. Yarışa başlamazdan əvvəl Sədərək rayon Təhsil şöbəsinin əməkdaşı Aqil Nağıyev Rayon Şahmat məktəbinin dərs hissə müdiri Valeh İbrahimzadə çıxış edərək şagirdlərə yarışın keçirilməsi haqqında ətraflı məlumat vermişlər.

Ardını oxu...

“Sabahın tədqiqatçıları” layihəsinin icrasına başlanılıb

Naxçıvan şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin  IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsinin icrasına başlanılıb.

“Sabahın tədqiqatçıları” müəyyən olunmuş günlərdə alimlərlə görüşərək Azərbaycan dili, Tarix, Biologiya, Fizika və Kimya fənləri üzrə müxtəlif mövzularda tədqiqat işləri aparırlar.

Məktəblilərə Səfəvilər dövlətinin yaranma tarixi ilə bağlı məlumat verilib

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün təşkil edilən növbəti interaktiv açıq dərs Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Səfəvilər dövlətinin yaranma tarixinə həsr olunub.

Dərsdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Azərbaycan Səfəvilər dövlətinin yaranması” mövzusunda çıxış edib.

Ardını oxu...

Muxtar respublika çempionatına yekun vurulub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Basketbol Federasiyasının təşkilatçılığı ilə məktəblilər arasında keçirilən basketbol üzrə muxtar respublika çempionatına yekun vurulub.

Birinciliyin keçirilməsində əsas məqsəd məktəblilərin fiziki sağlamlığının və idman vərdişlərinin artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, məktəblilər arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşkilidir.

Ardını oxu...

Məktəblilərin muxtar respublika fənn olimpiadasının final turu keçirilmişdir

 

Dekabrın 21-də Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə məktəblilərin fənn olimpiadasının muxtar respublika final turu keçirilmişdir.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə biliklərə marağı artırmaq və özünə inam hislərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına dəstək olmaqdan ibarətdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg