Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə 20 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Doğma diyarım” adlı intellektual oyun keçirilmişdir.
Oyunun keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının mədəniyyətini, tarixini, ərazisini məktəblilərə aşılamaq, dünyagörüşünü stimullaşdırmaq, bacarıq və istedadlarını üzə çıxarmaq, eyni zamanda onları intellektual fəaliyyətə cəlb etməkdən ibarətdir.