Naxçıvan şəhərində “Məktəblilərin dram müsabiqəsi” keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə  “Məktəblilərin dram müsabiqəsi”  keçirilir.

İlk müsabiqə 16 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin V-XI sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Müsabiqədə Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan 17 ümumtəhsil məktəbi tərəfindən “Oxunması zəruri olan kitablar”dan əsərlər, Azərbaycan və dünya ədəbiyyatından seçilmiş nümunələr əsasında hazırlanmış parçalar səhnələşdirilmiş və ya kompozisiya şəklində təqdim olunmuşdur.

Ardını oxu...

Şahbuz rayonunda “mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi keçirildi

16 dekabr  2019-cu  il  tarixdə Naxçıvan  Muxtar   Respublikası  Mədəniyyət  Nazirliyi, Naxçıvan  Dövlət  Rəsm  Qalereyası və Şahbuz Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  birlikdə   Şahbuz şəhər  2   nömrəli   tam  orta  məktəbdə   rayonun  ümumtəhsil  məktəblərinin  VI-XI  sinif  şagirdləri  arasında “Mən  bu  yurdun  övladıyam”  adlı rəsm  müsabiqəsi  keçirildi. Müsabiqənin  keçirilməsində  məqsəd  böyüməkdə  olan  nəslə qədim  və müasir  Naxçıvanın daha  dərindən öyrədilməsi, istedadlı  yeniyetmə və gənclərin  aşkar  edilib  üzə çıxarılması və  təsviri   incəsənət  dərslərinin  tədrisinin  yüksəldilməsindən  ibarətdir.

Ardını oxu...

Kəngərli rayon məktəbliləri arasında rəsm müsabiqəsi keçirilib

16 dekabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin  və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı” münasibətilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd rayonun ümumtəhsil məktəblərində təhsil alan xüsusi istedada malik şagirdləri üzə çıxarmaq, asudə vaxtın səmərəli təşkili, Azərbaycanın zəngin milli mədəniyyətinin təbliği, məktəblilərin yaradıcı qabiliyyətlərinin reallaşdırılması üçün əlvərişli şəraitin yaradılmasıdır.

Ardını oxu...

Kəngərli rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Naxçıvanımızı tanıyaq” adlı bilik yarışının seçim mərhələsi aparılıb

 

Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə əlaqədar Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 16 dekabr 2019-cu il tarixdə rayon ümumtəhsil məktəblərinin IX-XI şagirdləri arasında “Naxçıvanımızı tanıyaq” adlı bilik yarışının seçim mərhələsi aparılıb. Yarışın keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının tarixinin, mədəniyyətinin, təbiətinin məktəblilərə tanıdılması, məktəblilərə vətənpərvərlik hisslərinin aşılanması, intellektual və yüksək biliyə malik istedadlı şagirdlərin üzə çıxarılması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

Ardını oxu...

Qarabağlar kənd 1 nömrəli tam orta məktəbdə Riyaziyyat fənni üzrə nümunəvi dərs keçirilib

16 dekabr 2019-cu il tarixdə Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Məmmədova Təhminə tərəfindən VI sinifdə nümunəvi dərs keçirilib. Riyaziyyat fənnindən keçirilən dərsin mövzusu “Mənfi və müsbət ədədlər” olub. Dövlət himnimizin səslənməsi ilə başlayan dərsdə mövzunu daha aydın dərk etməyə yardımçı vasitə kimi proyektor vasitəsi ilə video çarxlar və şəkillərdən istifadə edilib. Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg