19 dekabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı viktorinanın rayon mərhələsi keçirilib. Viktorinanın keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək, tariximiz, mədəniyyətimiz və milli kimliyiiz haqqında şagirdlərə dolğun məlumat vermək, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsi və dünyagörüşünün artırılmasından ibarətdir.