Ekskursiyada şagirdlərə mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2019-2020-ci tədris ilində mərkəzdə şagirdlərin asudə vaxtlarını səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün 12-si yeni yaradılan olmaqla müxtəlif profilli 39 adda dərnək fəaliyyət göstərir.
Uşaq və yeniyetmələrin asudə vaxtlarının mənalı təşkili üçün mərkəzdə nümunəvi tədris şəraiti yaradılıb. Bu ekskursiyanın təşkil olunmasında şagirdllərin asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, onların intellektual inkişafı və istedadlarının üzə çıxarılması, onlar arasında milli mənəvi dəyərlərimizi əks etdirən dekorativ tətbiqi sənət və əlavə peşə sahələrinə maraq oyatmaqdır.